"Qarabağ"ı Çempionlar Liqasının qrup mərhələsinin son turunda İtaliyada "Roma" ilə keçirəcəyi oyun üçün səfərə çıxaran təyyarə "Fiumicino" hava limanına enib.
Sportnet.az-ın Romaya ezam olunmuş əməkdaşının məlumatına görə, Heydər Əliyev Beynəlxalq Hava Limanından çarter reysi ilə uçan təyyarə Bakı vaxtı ilə saat 21:15-də Məkana çatıb. Bu gün dincələcək komanda sabah "Olimpiko" stadionunda məşqə çıxacaq. Oyun isə dekabrın 5-də Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.