1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Amerikalılar millimizə rəqib ola bilər
UEFA prezidenti Aleksandr Çeferin Millətlər Liqasının iştirakçılarının sayının artırılmasını istəyir.
Sportnet.az "Mundo Deportivo”ya istinadən xəbər verir ki, bunun üçün digər qitələrin ölkələrinə müraciət olunması planlaşdırılır.
2021-ci ildən etibarən turnirə iki Cənubi Amerika və Asiya ilə Afrikanın hərəsindən bir ölkənin Millətlər Liqasına qatılması nəzərdən keçirilir. Bildirilir ki, Cənubi Amerika Konfederasiyasının prezidenti Alexandri Dominqes UEFA ilə birgə layihədə iştirakda maraqlıdır.
Qeyd edək ki, yeni təsis edilən Millətlər Liqası 2018-ci ilin sentyabrında start götürəcək. Turnirdə UEFA-ya üzv olan 55 ölkənin futbol yığmaları iştirak edəcək. Millilər A, B, C və D divizonlarına bölünəcəklər. Yarışın püşkü 2018-ci il yanvarın 24-də İsveçrənin Lozanna şəhərində atılacaq.
Xatırladaq ki, UEFA-dan sonra Şimali Amerika, Mərkəzi Amerika və Karib hövzəsi Futbol Assosiasiyaları Konfederasiyası da Millətlər Liqası təsis edib.