
"Neftçi" və "Zirə" arasındakı Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşündən sonra insident baş verib. Sportnet.az-ın məlumatına görə, qonaq komandanın qapıçısı Kamal Bayramov meydan sahiblərinin yarımmüdafiəçisi Derlis Meza Kollinin üzərinə yeriyib.
Onun qarşısını "Neftçi"nin digər futbolçuları alıb. Bayramovun bu addımın səbəbi bilinmir.
Qeyd edək ki, "Neftçi" - "Zirə" matçı 2:0 hesabı ilə yekunlaşıb. İlk görüşdə "Zirə" 1:0 hesabı ilə qalib gəlsə də, növbəti mərhələyə iki oyunun cəmində daha üstün olan flaqman çıxıb.