Azərbaycan milli komandasının üzvü Deniz Yılmaz ilə yollarını ayıran Türkiyənin "Bursaspor" klubu heyətinə yeni hücumçu cəlb etmək istəyir.
Sportnet.az-ın məlumatına görə, komanda sabiq futbolçusu Fernandaonu yenidən komandaya qaytarmaq fikrindədir. "Fənərbağça"da forma şansı əldə edə bilməyən brazliyalı üçün yanvar ayında rəsmi təklif göndəriləcək.
30 yaşlı braziliyalı futbolçu İstanbul təmsilçisində illik 1.6 milyon avro maaş alır. "Timsahlar" isə hücumçunu icarə əsasında heyətinə qatmaq niyyətindədir.