Azərbaycan və Gürcüstanın futbol üzrə milli komandalarının yoldaşlıq görüşünün keçiriləcəyi yer bəlli olub.
Sportnet.az xəbər verir ki, görüş 2018-ci il fevralın 2-də Türkiyənin Antalya şəhərindəki "Mərdan” İdman Kompleksində baş tutacaq. Bu oyun baş məşqçi Qurban Qurbanov üçün millidə debüt matçı olacaq. Əvvəlki baş məşqçi Robert Prosineçki də Azərbaycan yığmasının sükanı arxasında ilk görüşünü məhz "Mardan"da keçirib. 2015-ci il fevralın 24-nə təsadüf etmiş qarşılaşmada rəqib Ukrayna "Şaxtyor"u olub. Matç Donetsk klubunun qələbəsi ilə yekunlaşıb - 2:1.
Qeyd edək ki, Azərbaycan - Gürcüstan qarşılaşması Avropa Millətlər Liqasına hazırlıq məqsədilə keçiriləcək.