Birinci divizion təmsilçisi "Xəzər"in qış hazırlıq planı müəyyənləşib.
Sportnet.az-ın klubun rəsmi "Facebook" səhifəsinə istinadən verdiyi məlumata görə, komanda 2017/2018-ci illər mövsümünün ikinci yarısının hazırlığına yanvarın 4-də start verəcək. Hazırlığın ilk mərhələsi Bakıda baş tutacaq.
Futbolçular əvvəlcə tibbi müayinədən keçiriləcəklər.
Yanvarın 16-dan fevralın 3-dək hazırlığın əsas mərhələsi Türkiyənin Antalya şəhərində keçiriləcək. Hazırlıq çərçivəsində 5 yoldaşlıq görüşü də planlaşdırılıb.