İtaliya Kubokunda 1/4 final mərhələsinin oyununda "Milan" və "İnter" klubları üz-üzə gəlib.
Sportnet.az-ın məlumatına görə, derbidə əsas vaxtda qalib müəyyənləşməyib - 0:0.
Əlavə vaxtda isə "Milan" komandası qələbə qolunu vura bilib. Patrik Kutron 104-cü dəqiqədə fərqlənərək, komandasını yarımfinala yüksəldib. Cennaro Qattuzonun baş məşqçi olduğu kollektiv növbəti mərhələdə "Latsio" ilə üz-üzə gələcək. Oyunlar yanvarın 31-də və fevralın 28-də olacaq.