"Neftçi"ni sabiq futbolçusu Denilson Pereyranın yeni klubu müəyyənləşib.
Sportnet.az-ın "arenarubronegra.com"a istinadən verdiyi məlumata görə, İspaniyanın "Qranada" klubuna məxsus olan hücumçu 2018-ci ilin sonuna kimi Braziliyanın "Vitoriya" klubunun şərəfini qoruyacaq. O, yanvarın 3-də tibbi müayinədən keçəcək və yeni klubu ilə müqavilə imzalayacaq.
Qeyd edək ki, Denilson Pereyra 2016-cı ildə "Neftçi"də icarə əsasında çıxış edib.