
"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən "Roma" İtaliya A seriyasının 19-cu turunda doğma meydanda "Sassuolo” ilə üz-üzə gəlib.
Sportnet.az-ın məlumatına görə, qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Paytaxt təmsilçisi Pelleqrinin 31-ci dəqiqədə vurduğu qolla önə keçib. Komanda üstünlüyünü qoruya bilməyib. "Sassuolo”nun heyətində Simon Missiroli 78-ci dəqiqədə bərabərlik qolunu vurub.