1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
Prosineçki AFFA-nın 1,5 milyon avrosunu istəmədi
Bosniya və Herseqovina milli komandasının yeni baş məşqçisi Robert Prosineçkinin Azərbaycan yığmasındakı ilə müqayisədə 5,5 dəfə az maaş alacaq. Sportnet.az-ın məlumatına görə, xorvatiyalı mütəxəssisin aylıq maaşı 15 min avro olacaq.
Bu isə ildə 180 min avro deməkdir. Halbuki Prosineçkinin Azərbaycanda çalışdığı dövrdə illik qazancı köməkçiləri ilə birgə 1,2 milyon avro təşkil edib. Lakin Bosniya və Herseqovina millisi 2020-ci il Avropa çempionatına vəsiqə qazansa, o, daha 300 min avro mükafata sahib olacaq.
"Sport.ba" nəşri iddia edir ki, AFFA yeni müqavilə imzalamasından ötrü 49 yaşlı mütəxəssisə ildə 1,5 milyon avroluq yeni müqavilə təklif edib. Lakin Prosineçki Azərbaycan millisində maksimuma nail olduğunu bildirərək, təklifdən imtina edib.