İngiltərənin "Çelsi" klubunun baş məşqçisi Antonio Konte "Mançester Yunayted"dən olan həmkarı Joze Mourinyonun 2012/2013-cü illər mövsümündə danışılmış oyunlara görə cəzalandırılması ilə bağlı onun ünvanına səsləndirdiyi tikanlı atmacaya cavab verib.
Sportnet.az-ın məlumatına görə, Konte portuqaliyalı məşqçini "adamcığaz" adlandırıb.
"Düşünürəm ki, baş verənlər haqqında həqiqəti bildiyin halda, bir insanı təhqir etməyə çalışırsansa, o zaman sən adamcığazsan.
Lakin belə bir hal birinci dəfə deyil ki, yaşanır. O bunu ötən il də edib, indi də edir və gələcəkdə də edəcək", - deyə BBC Kontenin sözlərini sitat gətirib.
İki baş məşqçi arasında söz çəkişməsi bir neçə gün əvvəl başlayıb.
Portuqaliyalı məşqçi oyunlar zamanı öz sakit davranış tərzində danışan zaman deyib:
"Əgər mən meydanın kənarında özümü kloun kimi aparmıramsa, deməli, oyuna olan həvəsimi itirmişəm?"
İngiltərə mətbuatı ehtimal edib ki, Mourinyu bu sözləri deyərkən Konteni nəzərdə tutub. İtaliyalı da buna cavab verib:
"O, gərək öz keçmişinə baxsın. Bəlkə bunu özü üçün deyib?"
Mourinyu öz növbəsində bu sözləri diqqətdən kənar qoymayıb və bildirib:
"Mənim başıma heç vaxt gəlməyən və gəlməyəcək şey, danışılmış oyunlara görə, cəzalandırılmamağımdır".
Bu, 2012/2013-cü illər mövsümündə "Siyena"nın baş məşqçisi olan zaman danışılmış oyunlara görə 4 ay müddətinə diskvalifikasiya edilən Konteyə ünvanlanmış mesajdır.
2016-cı ildə məhkəmə Konteyə bəraət qazandırıb.