1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Sumqayıt" hazırlıqlara fasilə vermədən davam edir
Yanvarın 5-dən etibarən Premyer Liqanın ikinci mərhələsi üçün hazırlığa start verən "Sumqayıt" Futbol Klubu baş məşqçi Samir Abasovun rəhbərliyi altında hazırlığını davam etdirir.
Sportnet.az-ın məlumatına görə, dünən proqrama əsasən, 2 məşq keçən komanda bu gün saat 14:00-da start götürən 1,2 saat məşq prosesi ilə günə yekun vurub. Hazırlıq prosesində daha çox toplu çalışmalara üstünlük verilib və müxtəlif taktiki gedişlər üzərində işlənilib.
Qeyd edək ki, "Sumqayıt" klubu hazırlıq mərhələsi çərçivəsində ilk yoxlama oyununu yanvarın 15-də "Kapital Bank Arena"da 1-ci liqa təmsilçisi "Qaradağ Lökbatan"a qarşı keçirəcək. Oyunun saatı barəsində məlumat veriləcək.