1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Azərbaycan millisinin öyrənməyə vaxtımız olmayıb"
Moldova milli komandasına ilk dəfə dəvət alan Valeri Makritski Türkiyənin Antalya bölgəsində Cənubi Koreya və Azərbaycan yığmaları ilə keçirəcəkləri yoldaşlıq görüşləri barədə fikirlərini bölüşüb. Sportnet.az-ın məlumatına görə, hazırda "Şerif"də çıxış edən 22 yaşlı müdafiəçi hər iki komandanı hərtərəfli öyrənmək üçün hələlik vaxt tapa bilmədiklərini açıqlayıb.
Bununla yanaşı, o, Cənubi Koreya və Azərbaycan yığmalarını yaxşı komanda kimi dəyərləndirib: "Bu oyunlarda hansı səviyyədə olduğumuzu və nəyə qadir olduğumuzu görəcəyik".
Makritski yeni baş məşqçi Aleksandr Spiridon barədə isə bunları deyib: "Spiridonun Avropada çalışması dərhal hiss olunur. Onun Avropa üslubu var, daha çox hücumlara üstünlük verir. Bir çox oyunçu yığmaya gələ bilmədiyindən, çoxlu gənc dəvət edilib. Bu, bizim üçün böyük şansdır. Bununla fəxr etməli və bizi yenə çağırmasından ötrü baş məşqçiyə bütün keyfiyyətlərimizi göstərməliyik".
Qeyd edək ki, Moldova millisi Cənubi Koreya ilə yanvarın 27-də, Azərbaycan yığması ilə isə yanvarın 30-da qarşılaşacaq.