Kipr çempionatının XXI turunda "Anortosis" "Axnas"ı qəbul edib. Sportnet.az-ın məlumatına görə, matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1.
Qalib komandada Azərbaycan millisinin futbolçusu Araz Abdullayev 90 dəqiqəni əvəz olunmadan keçirib.
Bu qələbə sayəsində "Anortosis" xallarını 44-ə çatdıraraq, 2-ci piləyə yüksəlib. Birinci pillədəki APOEL-in 19 oyundan 45 xalı var. Üçüncü və dördüncü pillələrdəki "Apollon"la Larnaka AEK-i 43 xala malik olsalar da, müvafiq olaraq, hələ 2 və 1 oyuna çıxmalıdır.







































































