Moldova milli komandası bu gün Türkiyəyə təlim-məşq toplanışına yollanıb. Sportnet.az-ın məlumatına görə, Aleksandr Spiridonun baş məşqçi olduğu komanda qardaş ölkədə 2 yoldaşlıq görüşü keçirəcək.
Rəqiblər yanvarın 27-də Cənubi Koreya, yanvarın 30-da isə Azərbaycan yığması olacaq.
Qeyd edək ki, Aleksandr Spiridon Moldova yığmasına 23 futbolçu dəvət edib.




































































