Albaniyanın "Kukesi” klubundan ayrılan Rauf Əliyevin "Keşlə”yə dönüşü baş tutmayacaq.
Bu barədə Sportnet.az saytına 29 yaşlı hücumçunun özü məlumat verib. O, bildirib ki, paytaxt klubu ilə danışıqlarda heç bir irəliləyiş əldə olunmayıb: "Keşlə” məsələsi artıq bağlanıb. Hazırda heç bir yenilik olmasa da, karyeramı ölkə xaricində davam etdirməklə bağlı bəzi variantlar var. Bunun üzərində iş gedir”.
Qeyd edək ki, Əliyev "Kukesi" klubundan ötən ilin sonunda ayrılıb. Qaydalara əsasən, o, üçüncü komandaya keçə bilməz. Rauf ya "Keşlə"yə qayıtmalı, ya da çempionatı yaz-payız sistemi ilə keçirilən ölkəyə üz tutmalıdır.