"Keşlə” klubu qış fasiləsində sonuncu transferini həyata keçirib.
Sportnet.az paytaxt təmsilçisinin rəmsi saytına istinadən xəbər verir ki, bakılılar Sezar Meza Kolli ilə müqavilə imzalayıblar. Paraqvaylı futbolçu cari mövsümün sonunadək "Keşlə”nin formasını geyinəcək.
O, Elnur Abdullayevin "Sumqayıt"a keçidindən sonra boşalan 10 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi 2013 – 2016-cı illərdə də "Keşlə”də çıxış edib. O, ötən mövsümü "Zirə”nin heyətində keçirib. Son 7 ayı klubsuz qalan Sezar Meza Kolli yeni komandasına azad agent qismində keçib.