1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Kamran Ağayev öz oyunu və stadiondan narazı qaldı
"Bu, mövsümün ikinci yarısında ilk oyunumuz idi. Birinci qarşılaşma barədə heç nə demək olmaz. Əlbəttə, istəyirdik ki, nəticə göstərək. Uda da, uduza da bilərdik. Uyğunlaşma baxımından problem də olması mümkün idi".
Sportnet.az-ın məlumatına görə, bunu "Keşlə"nin qapıçısı Kamran Ağayev evdə "Səbail"lə 1:1 hesablı heç-heçə etdikləri Topaz Premyer Liqasının XV tur matçı barədə danışarkən deyib. Ağayev buraxdığı qolda səhvini etiraf edib: "Rəqibə qol imkanı da verdim, özümüz də fərqlənmək imkanı yaratdıq. Öz çıxışımdan narazı qaldım. Buraxdığım qolda çox kobud səhvə yol verdim. Futbolda hər şey mümkündür. Əsas odur ki, toparlanaraq, komandaya kömək edə bildik. İnanıram ki, gələcək oyunlara müsbət nəticə əldə edəcəyik".
"Hazırkı heyət daha yaxşı nəticə göstərməyə imkan verirmi?" sualını isə təcrübəli qolkiper belə cavablandırıb: "Hər şey mümkündür. Klubun 20 futbolçusu olur, hər oyunda biri zədələnir. Hər oyuna baş məşqçi bir heyət buraxır. Özümüzə inanmasaq, bu sənətlə niyə məşğul oluruq ki?! Meydan amili də var. Kənardan qəşəng görünə bilər. Əslində isə çox bərbad haldadır. Eşitdiyimə görə, "Sumqayıt"ın da meydanı bu vəziyyətdədir. Özüm 2 ildir Azərbaycan çempionatında oynamadığımdan, dəqiq bilmirəm. Düşünün ki, biz məşqi də ehtiyatla edirik".