Kristianu Ronaldunu yenidən heyətinə qatmaq istəyən İngiltərənin "Mançester Yunayted" klubunun ümidləri Joze Mourinyoya görə baş tutmayıb.
Sportnet.az "Le10Sport"a istinadən xəbər verir ki, İngiltərə nəhənginin portuqaliyalı mütəxəssislə müqavilə yeniləməsi, Ronaldunun yenidən bu klubda çıxış etmə şansını azaldıb.
Ulduz futbolçunun Madrid təmsilçisində son durumunun qarışıq olduğu və klub tərəfindən ona yeni müqavilə təklif olunmasa, portuqaliyalının komandanı tərk edəcəyi xəbərləri yayılıb.
Beləliklə, Mourinyo ilə bir komandada olmaq istəməyən Ronaldunun, sabiq klubuna qayıtmaq ehtimalı qalmayıb.