1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Şehiçi gözləyən iki dəvət
Bosniya və Herseqovina milli komandası gələn ay iki yoldaşlıq görüşü keçirəcək. Sportnet.az-ın məlumatına görə, Robert Prosineçkinin baş məşqçi olduğu yığma Bolqarıstan və Seneqalla üz-üzə gələcək.
İlk qarşılaşma martın 23-də Razqrad şəhərindəki "Ludoqorets Arena"da olacaq. Növbəti görüş martın 27-də Fransanın Havr şəhərində təşkil ediləcək. Bosniya və Herseqovina millisi martın 19-da bir araya gələcək. Dəvətlilərin siyahısı isə martın 5-dək açıqlanacaq. Görüşlər FİFA-nın rəsmi təqvim günlərinə düşdüklərindən, bütün legionerlərin, o cümlədən, "Qarabağ"ın qapıçısı İbrahim Şehiçin də milliyə çağırılacağı gözlənilir. Şehiç daha əvvəl ABŞ və Meksika yığmalarına qarşı yoldaşlıq görüşlərində forma geyinib.
Qeyd edək ki, Robert Prosineki 2014 - 2017-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olub.