1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Mahir Mədətov tarixə düşdü
Premyer Liqasının 2017/2018 mövsümündə 150-ci qol vurulub.
Sportnet.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, XVI turun "Səbail” – "Qarabağ” görüşünə təsadüf edib. Çempionatın 64-cü görüşündə Ağdam klubuna qələbə qazandıran yeganə top yubiley xarakteri daşıyıb. Orta məhsuldarlığın 2,34 olduğu Premyer Liqanın 150-ci qolunu da Mahir Mədətov vurub. Bu qollardan yarısı meydan sahibləri, yarısı qonaqların hesabındadır.
Mövsümün bütün yubiley qolları "Qarabağ”ın hesabındadır. Mədətov isə 3-cü dəfə əlamətdar qola imza atıb. O, ilk və 50-ci qolların da müəllifidir. "Qarabağ"ın forvardı 2017-ci il avqustun 11-də "Neftçi” ilə səfər matçında (3:1) ilk, sentyabrın 22-də "Sumqayıt”la ev qarşılaşmasında (3:1) 50-ci qolu vurub. 100-cü qolu isə noyabrın 17-də Riçard Almeyda "Sumqayıt”ın (2:0) qapısından keçirib.