1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
"Sumqayıt"ın baş məşqçisi və "Neftçi"nin futbolçusuna verilən cəza açıqlandı
AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında XVI turun "Sumqayıt” – "Neftçi” matçında baş verənlərlə bağlı cəza tədbirləri görüb.
Sportnet.az-ın məlumatına görə, meydan sahiblərinin baş məşqçisi Samir Abasov 1 oyunluq cəza və 800 manat cəriməyə məruz qalıb. Səbəb 40 yaşlı mütəxəssisin texniki zona qaydalarını pozmasıdır.
"Neftçi"dən isə Rəşad Sadiqov 60-cı dəqiqədə azarkeşlərə qarşı təhqiredici ifadələr işlətdiyinə görə, meydandan kənarlaşdırıldığından, 3 oyunluq cəzalanıb, klub 1600 manat cərimə olunub. Komanda 5 futbolçusu sarı vərəqə ilə cəzalanması səbəbindən 800 manat ziyana düşüb.
Qeyd edək ki, bu görüş "Sumqayıt"ın qələbəsi ilə yekunlaşıb - 2:0.