Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov "Səbail" və "Qəbələ" arasındakı Topaz Premyer Liqasının XVII tur matçını izləməyə gəlib.
Sportnet.az-ın "Bayıl Arena"da olan əməkdaşının verdiyi məlumata görə, 46 yaşlı mütəxəssis saat 16:00-da başlanacaq qarşılaşmaya canlı baxacaq. Onunla birgə köməkçisi Elçin Rəhmanov da stadiondadır.
Bundan başqa Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev də fəxri tribunada yerini alıb.