1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Məqsədimiz uduzmamaq idi"
"Bilirdik ki, "Neftçi” səfəri çətin olacaq. Bəzi oyunçularımız zədə, bəziləri isə cəza səbəbindən oynamırdı. Ümumilikdə, Qəbələ hadisələrindən sonra komandada psixoloji gərginlik var idi. Həftə ərzində işlədik, çalışdıq ki, yaxşı oyun sərgiləyək. Düşünürəm ki, nəticə bizim üçün yaxşı hesab olunmalıdır”.
Sportnet.az saytının məlumatına görə, bunu "Zirə”nin məşqçisi Elnur Çodarov Topaz Premyer Liqasının XVII turunda səfərdə "Neftçi” ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra deyib. Gənc mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb...
- İkinci hissədəki oyununuz heç-heçəyə oynadığınızı göstərdi. "Qəbələ"nin məğlubiyyətinin buna təsiri oldumu?
- Əsas heyətin bəzi oyunçuları gedib və yenilərin adaptasiyası ləngiyir. Bir neçə oyun lazım idi ki, tam uyğunlaşdılar. "Qəbələ”nin oyununa fikir vermədik. Biz öz oyunumuzu göstərdik. Komandadan razıyam. Məqsədimiz uduzmamaq idi.
- Texniki zonada ilk dəfə "dirjor” rolunda idiniz. Özünüzü necə hiss edirdiniz?
- Normal. Pis deyildi.
- İlkin Muradov qırmızı vərəqə aldığı epizodda yersiz hərəkətlər etdi. Onun cəzalanacağı gözlənilir?
- Təkrara baxacağıq, epizodu analiz etdikdən sonra qərar verəcəyik.