"Məncə, nəticə normal deyil. Amma nəticələr çıxaracağıq. Növbəti oyunlarda daha çox xal toplamağa çalışacağıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Zirə"nin futbolçusu Aleksandr Dedov səfərdə "Neftçi" ilə 1:1 hesablı heç-heçə etdikləri Topaz Premyer Liqasının XVII tur matçından sonra keçirdiyi brifinqdə deyib. Bununla yanaşı, Moldovalı legioner İlkin Muradovun qırmızı vərəqə alması səbəbindən matçı azlıqda başa vurmalarını nəzərə alaraq, məğlub olmamalarından razılığını gizlətməyib: "Biz hər bir oyunda qələbə üçün döyüşürük. Elə oldu ki, qırmızı vərəqə aldıq və meydanda taktiki dəyişikliklər baş verdi. Daha çox müdafiə olunduq. Yaxşı ki, oyun belə nəticə ilə yekunlaşdı".
Daha sonra 29 yaşlı yarımmüdafiəçi Topaz Premyer Liqası barədə fikirlərini bölüşüb: "Hələlik Azərbaycan Premyer Liqasında 2 oyun keçirmişəm. Yaxşı çempionatdır. Hamı mübarizə aparır, autsayder yoxdur. "Qarabağ"la hələ üz-üzə gəlməmişik. Ola bilsin, bu komanda favorit sayılır. Qalan komandalarla isə, gördüyüm qədərilə, oynamaq tamamilə çətindir. Hamısı yaxşı çıxış edir, bir-birilərinə problem yaradırlar. Görək, necə olacaq".
Sonda Dedov Moldova millisinin hazırkı təlim-məşq toplanışına çağırılmamasının səbəbini açıqlayıb: "Bu, legionerlərə dəvət göndərilməməsi ilə əlaqədardır. Hazırda çempionatlarda oyunlar gedir. Dəvətlilər yerli və çempionatları hələ başlamayan klublardandır".
Qeyd edək ki, Aleksandr Dedov "Zirə"yə qış fasiləsində keçib.