Çempionlar Liqasında III təsnifat mərhələsinin bütün cütlərinin tərkibi müəyyənləşib.
Sportnet.az xəbər verir ki, bu, II təsnifat mərhələsinə yekun vurulduqdan sonra məlum olub. Beləliklə, Çempionlar Yolu ilə 6, Liqa yolu ilə 4 cütlük "pley-off"a vəsiqə uğrunda yarışacaq:
Çempionlar Yolu
"Seltik" (Şotlandiya) - AEK (Afina, Yunanıstan)
"Zaltsburq" (Avstriya) - "Şkendiya" (Makedoniya)
"Srvena Zvezda" (Serbiya) - "Spartak" (Trnava, Slovakiya)
"Qarabağ" (AZƏRBAYCAN) - BATE (Borisov, Belarus)
"Astana" (Qazaxıstan) - "Dinamo" (Zaqreb, Xorvatiya)
"Malmö" (İsveç) - "Videoton" (Macarıstan)
Liqa Yolu
"Standard" (Lyej, Belçika) - "Ayaks" (Hollandiya)
"Benfika" (Portuqaliya) - "Fənərbağça" (Türkiyə)
"Slaviya" (Praqa, Çexiya) - "Dinamo" (Kiyev, Ukrayna)
PAOK (Yunanıstan) - "Spartak" (Moskva, Rusiya)
Oyunlar 7-8 avqustda və 14 avqustda təşkil olunacaq. Adları birinci göstərilmiş komandalar ilk matçlarını evdə keçirəcəklər. Çempionlar Yolunda iki görüşün yekununda məğlub olacaq komandalar mübarizəni Avropa Liqasının "pley-off" mərhələsində, Liqa yolunda uduzacaq klublar isə Avropa Liqasının qrup mərhələsində davam etdirəcəklər.