Meksika yığmasının sabiq futbolçusu Edqar Paçeko "Səbail" klubunda baxışdadır.
Klububun mətbuat katibi Törə Əhmədovanın Sportnet.az-a verdiyi məlumata görə, 28 yaşlı yarımmüdafiəçi məşqçilər korpusunu qane edəcəyi təqdirdə onunla müqavilə imzalanacaq.
Qeyd edək ki, Edqar Paçeko son olaraq Kiprin "Ermis" komandasında çıxış edib. O, 2011-ci ildə Meksika çempionatının, 2014-cü ildə isə ölkə kubokunun qalibi olub. Paçeko həmçinin Meksika yığmasının da formasını geyinib.









































































