1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Həyati əhəmiyyətli oyun olacaq"
"Həqiqətən də yaxşı oyun oldu. Əsl böyük oyun idi. Daha artığını bacara bilərdik. Düşünürəm ki, yaxşı oynadıq. Uğurlu çıxışa Avropa Liqasında davam etməliyik".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Con Delarj evdə "Neftçi" ilə 1:1 hesablı heç-heçə etdikləri Topaz Premyer Liqasının III tur matçından sonra brifinqdə deyib. Konqolu hücumçu digər sualları da cavablandırıb...
- Bu oyun Azərbaycan derbisidir. Son olaraq, "Bursaspor"da çıxış etmisən. Bu qarşılaşmanı Türkiyə derbiləri ilə müqayisə edə bilərsən?
- Müqayisələri sevmirəm. Derbi matçdır və əsas odur ki, oynadım.
- 90 dəqiqə oynamadın və əvəzləndin. Tam hazır deyilsən?
- Necə hazır olmamaq olar ki, 87 dəqiqə mübarizə apardım. 25 futbolçumuz var və məşqçi hamıya vəziyyətdən asılı olaraq, şans verir.
- Avropa Liqasında "Şerif"lə cavab görüşü barədə nə düşünürsən?
- Həyati əhəmiyyətli matç olacaq. "Neftçi" ilə matçı unudub, Avropa Liqasına köklənməliyik. Qrup mərhələsinə düşmək üçün şanslardan istifadə etməliyik.
- "Neftçi"ni artıq tanıdın. Bu komanda "Qarabağ"la birgə çempionluq uğrunda mübarizə apara bilər?
- Nəsə demək erkən olar. Hər komanda qələbə məqsədi ilə oyuna çıxır. İndidən danışmaq tezdir.