"Qarabağ" klubunun prezidenti Abdulbari Gözəl yeni vəzifəyə seçilib.
Sportnet.az-ın məlumatına görə, eyni zamanda "Azersun Holding"in prezidenti olan A.Gözəl Kənd Təsərrüfatı Nazirliyi yanında yeni yaradılan Aqrar Məşvərət Şurasının sədrlik edəcək. O, yeni vəzifəyə yekdilliklə seçilib.
Razılaşmaya əsasən, yeni yaradılan qurumun iclasları ayda bir dəfə keçiriləcək. Kənd təsərrüfatı sahəsində ixtisaslaşmış digər böyük şirkətlərin Aqrar Məşvərət Şurasına üzv olmasında məhdudiyyət yoxdur.