
"Neftçi” komandası bu gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə səhər məşqinə çıxıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, məşqə Ruslan Abışov, həmçinin Azərbaycan və Haitinin milli, eləcə də U-21 yığma komandalarının düşərgəsində olan futbolçular qatılmayıblar. Hazırlıq sabah da bir məşqlə davam edəcək.
Qeyd edək ki, Azərbaycan milli komandasının UEFA Millətlər Liqasında, U-21 yığmamızın isə Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunlar səbəbindən Topaz Premyer Liqasında fasilə yaranıb. "Neftçi” sentyabrın 16-da IV tur çərçivəsində "Keşlə”ni qəbul edəcək.