
Milli komandanın oyunları ilə bağlı Topaz Premyer Liqasında yaranmış fasilədə "Sabah” komandası 2 yoxlama oyunu keçirəcək.
Klubun mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, rəqiblər sentyabrın 2-də "Sumqayıt”, sentyabrın 9-da isə "Keşlə” olacaq. "Əlincə Arena”da təşkil olunacaq hər iki görüş saat 17:30-da başlanacaq.
Qeyd edək ki, "Sabah" bu komandalarla Premyer Liqanın ilk 2 turunda da üz-üzə gəlib. Səfərdə "Keşlə"ni 1:0 hesabı ilə yenən Elşad Əhmədovun baş məşqçi olduğu kollektiv evdə "Sumqayıt"a uduzub - 1:4.