1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Neftçi" son üç oyunda qalib gəldiyi rəqibə qarşı - VİDEO
Bu mövsüm uğurlu çıxışını davam etdirən "Neftçi” klubu 5 oyundan sonra 13 xalla turnir cədvəlində liderliyi bölüşür.
Sportnet.az xəbər verir ki, komanda senytabrın 29-da Topaz Premyer Liqasının 6-cı turunda "Səbail”i qəbul edəcək. "Bakcell Arena”da keçiriləcək oyun saat 18:55-də start götürəcək.
"Neftçi" 2016-cı ildə yaradılmış klub ilə indiyədək 4 çempionat oyununda üz-üzə gəlib. Bunların da hamısı ötən mövsümə təsadüf edib. Bu görüşlərdən 3-də qələbə qazanıb, 1-də isə məğlub olub. Top fərqində də "Neftçi"nin böyük üstünlüyü var – 9:2.
"Səbail”lə ev oyunlarının hər ikisi "Neftçi”nin qələbəsi ilə nəticələnib. "Bakcell Arena”da 2:0 hesabı ilə başa çatmış görüşdə İqnasio Errera dubla imza atmışdısa, "Dalğa Arena”dakı 3:1 hesablı qələbədə Namik Ələskərov, Rəhman Hacıyev və Lukas Qomez fərqlənmişdi.