1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Bəlkə də hesabın belə olması xeyirimizədir"
"Oyun çox ağır keçdi. Rəqibdən üstün oynamağımıza baxmayaraq, iki sadə standart vəziyyətdən qollar buraxdıq. Məğlubiyyətə layiq deyildik.
Sportnet.az xəbər verir ki, bunu 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Vüqar Məmməd yoldaşlıq görüşündə Bolqarıstana 1:2 hesabı ilə məğlub olduqları oyun barədə danışarkən deyib.
O, komandanın 10 oyun uduzmadığını xatırladıb: "Bəlkə də hesabın belə olması xeyirimizədir. Məğlubiyyətə baxmayaraq, futbolçulardan razı qaldım. Onların hər birinə güvənirəm. Əsas odur ki, komandamız güclü Bolqarıstan yığmasından heç bir komponentdə geri qalmadı. Futbolçularımızın Avropa səviyyəsinə çatmasını istəyiriksə, Bolqarıstan yığması kimi güclü rəqiblərə qarşı çox oyun keçirməliyik. Bundan sonra fikrimizi seçmə mərhələ oyunlarına yönəldəcəyik. Həmin vaxt "Qəbələ” ilə Çempionlar Liqasında çıxış edən və xaricdə oynayan bəzi oyunçularımız da bizə qoşulacaqlar”.