
Tellur Mütəllimovun Topaz Premyer Liqasının IX turunun "Sabah”la görüşündə vurduğu top "Zirə”nin tarixində 80-ci səfər qolu olub.
Sportnet.az xəbər verir ki, "mavi-qırmızılar” buna 74-cü səfər matçında nail olub. 1:2 hesabı ilə uduzan "Zirə”nin səfərdəki məhsuldarlığı 1,08-ə bərabərdir.
Komanda bu topları 4 müxtəlif turnirdə vurub. "Qartallar” Premyer Liqada 44, I divizionda 27, Azərbaycan kubokunda 6, UEFA Avropa Liqasında 3 səfər qoluna imza atıb.