"Neftçi” Topaz Premyer Liqasının 10-cu turunda qarşılaşacağı "Keşlə” ilə oyunun hazırlığına start verib.
Sportnet.az xəbər verir ki, "Qarabağ”la qarşılaşmadan (3:1) sonra birgünlük fasiləyə buraxılan komanda bu gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb.
Məşqdə zədəlilər – Ruslan Abışov, Məhəmməd Mirzəbəyov və Qoran Paratskidən başqa bütün futbolçular iştirak edib. Hazırlıq sabah bir məşqlə davam edəcək.
Xatırladaq ki, "ASK Arena”da keçiriləcək "Keşlə” – "Neftçi” oyunu noyabrın 3-ü saat 17:00-da başlanacaq.