1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Neftçi"dən məğlubiyyətin acığını çıxmaq istəyirik"
"Bizi "Neftçi"yə qarşı çox ağır oyun gözləyir. Rəqibimiz liderliyi elə-belə əldə etməyib. Öz oyunu ilə buna layiq olduğunu göstərib".
Sportnet.az xəbər verir ki, bunu "Report"a açıqlamasında "Səbail" klubunun futbolçusu Rahid Əmirquliyev Azərbaycan Premyer Liqasının XII turunda "Neftçi"yə qarşı keçirəcəkləri oyun barədə danışarkən deyib.
Kapitan matça ciddi hazırlaşdıqlarını bildirib: "İlk dövrədə "Neftçi"yə 0:4 hesabı ilə uduzmuşduq. Bunu da yaddan çıxarmamışıq. İstəyirik ki, doğma meydanda və öz azarkeşlərimiz qarşısında o məğlubiyyətin acığını çıxaq, ən azı, uduzmayaq".
29 yaşlı yarımmüdafiəçi 11 oyundan sonra 20 xalla 3-cü pillədə olmalarını təsadüfi saymayıb. Əmirquliyev "Zirə" və "Qarabağ"ı texniki qələbələr hesabına məğlub etmələrinin önəmli məsələ olmadığını vurğulayıb: "İlk gündən demişdim ki, yaxşı komanda və futbolçulara, yüksək yerlər uğrunda mübarizə aparacaq kollektivə malikik. Bu gün üçüncü pillədə olmağımız təsadüfi deyil. Ən azı, indiki mövqeyimizi qorumağa və bacardığımız qədər yuxarı qalxmağa çalışacağıq. Düzdür, 20 xaldan 5-ni texniki qələbələr hesabına toplamışıq. Amma elə indiki durumda da bizdən aşağıdakı komandalar 15 xal civarında toplayıblar. Hansısa kluba texniki məğlubiyyətin verilməsini heç kim istəməz. O cümlədən biz də qələbələri oyunlarımızla qazanmaq niyyətindəyik. Lakin belə səhvlər Azərbaycan çempionatında ilk dəfə baş vermir. Çempionat yekunlaşdıqdan sonra "Səbail" 5 xalı elə qazandı" deməyəcəklər. Əsas məsələ odur ki, komandamız mövsümü hansı pillədə bitirəcək. Belə səhvləri biz yox, rəqiblərimiz edib. Ona görə də bu cür alınıb".
Qeyd edək ki, noyabrın 25-də "Bayıl Arena"da keçiriləcək "Səbail" - "Neftçi" matçı saat 17:00-da başlanacaq. Görüşü Rauf Cabbarov idarə edəcək.