"Neftçi"nin futbolçusu Kvame Karikarini transfer etmək istəyən ərəb klubunun adı müəyyənləşib.
Sportnet.az-ın əldə etdiyi məlumata görə, bu, 4 qat Küveyt çempionu "Əl-Səlmiyə"dir. Eyniadlı şəhərin təmsilçisi qanalı hücumçunu vətəni Braziliyaya qayıdan Patrik Fabianonun yerinə almaq istəyir. Karikari artıq Fars körfəzində oyun təcrübəsinə malikdir. O, ötən mövsüm Qətərin "Əl-Ərəbiyə" komandasında forma geyinib.
Qeyd edək ki, Kvame Karikari ilə Albaniyanın "Partizani" klubu da maraqlanır.