Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Zirə”nin hazırlıq planında dəyişiklik olub.
Sportnet.az-ın məlumatına görə, qəsəbə təmsilçisinin yanvarın 23-də “Vorlska” (Ukrayna) və yanvarın 26-da “Şkupi” (Makedoniya) komandaları ilə yoxlama oyunları baş tutmayıb. Əvəzində Samir Abasovun baş məşqçi olduğu kollektiv yanvarın 22-də “Paksi” (Macarıstan) və 4 gün sonra “Tambov” (Rusiya) ilə qarşılaşacaq.
Matçların keçirilmə saatı və məkanı hələlik məlum deyil.