Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti yoxlama oyununu keçirib.
Sportnet.az xəbər verir ki, Vüqar Məmmədin baş məşqçilik etdiyi kollektiv Küveytin U-19 komandası ilə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Yığmamızın heyətində Sərhad Daşdəmir fərqlənib.
Qeyd edək ki, komanda bundan əvvəl Rusiyanın “Krasnodar-3” komandası ilə də heç-heçə edib - 1:1. U-19 hazırlıq çərçivəsində növbəti oyununu yanvarın 27-də Norveçin “Tromso” U-19 komandasına qarşı keçirəcək.