“Bu cür sözləşmə olanda həyəcan keçirmirsiniz. “Qarabağ”da xoşbəxtəm".
Sportnet.az-ın məlumatına görə, bunu Bolqarıstan milli komandasının futbolçusu Simeon Slavçev Azərbaycan klubundakı durumu barədə “Kanal3”ə danışarkən deyib. 2018-ci ilin yayında "Qarabağ"la 3 illik müqavilə bağlamış 26 yaşlı yarımmüdafiəçi artıq özünü daha rahat hiss etdiyini deyib: "Bir klubla uzunmüddətli müqavilənin olması hər zaman xoşdur. Avropada böyük hədəfləri olan komandada oynamaq istəyirdim. “Sportinq”də karyeramın alınmamasına görə özüm günahkaram. Əvvəllər başqalarını günahlandırırdım. Amma indi öz səhvlərimi görməyə başlamışam və özümü rahat hiss edirəm”.
Qeyd edək ki, Simeon Slavçev Azərbaycan Premyer Liqasında mövsümün ilk yarısında 6 oyunda meydana çıxıb və 1 qol vurub. O, həmçinin avrokuboklarda 13 matçda forma geyinib və 2 dəfə sarı vərəqə görüb. "Qarabağ" qış fasiləsində sabiq futbolçusu Riçard Almeydanı Qazaxıstan "Astana"sından icarəyə götürüb. Bundan sonra Slavçevin əsas heyətdən kənarda qalacağına dair iddialar irəli sürülüb.