
Futbol üzrə Azərbaycan millisinin Litva yığması ilə yoldaşlıq oyunu üçün start heyəti açıqlanıb.
Sportnet.az xəbər verir ki, baş məşqçi Nikola Yurçeviç qapını Səlahət Ağayevə tapşırıb. Müdafiənin mərkəzində Bədavi Hüseynovla Anton Krivotsyuk, cinahlarda kapitan Maksim Medvedevlə Təmkin Xəlilzadə yer alacaqlar.
Orta xətdə Qara Qarayev, Riçard Almeyda, Eddi İsrafilov və Araz Abdullayev qərarlaşıb. Hücumda isə Rüfət Dadaşovla Ramil Şeydayev olacaq.
Ehtiyat oyunçulara gəlincə, bunlar Emil Balayev, Şahrudin Məhəmmədəliyev, Rahil Məmmədov, Şəhriyar Rəhimov, Ömər Buludov, Mahir Mədətov, Emin Mahmudov, Dimitri Nazarov, Əli Babayev, Namik Ələskərov və Mirabdulla Abbasovdur.
Litvanın heyətində isə bu futbolçular yer alıb:
Litva: 1. Emiliyus Zubas, 2. Linas Klimaviçyus, 3. Markus Palionis, 8. Egidiyus Vaytkunas, 10. Paulyus Qolubiçka, 11. Arvidas Novikovas, 14. Vikintas Slivka, 18. Modesta Vorobyov, 21. Neriyus Valskis, 22. Fyodor Çernıx (k), 23. Rolandas Baravikas. Ehtiyat oyunçular: 12. Cüqas Bartkus, 16. Ernestas Setkus, 4. Vitautas Andriuskeviçyus, 5. Algis Yankauskas, 6. Yustinas Marazas, 9. Donatas Kazlauskas, 13. Saulyus Mikolyunas, 15. Deymantas Petraviçyus, 17. Mantas Kuklis, 20. Rimvidas Sadauskas.
Baş məşqçi: Valdas Urbonas.
Qeyd edək ki, bu gün "Bakcell Arena"da keçiriləcək oyun saat 18:00-da başlayacaq.