
Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab görüşləri üçün bütün təyinatlar açıqlanıb.
Sportnet.az xəbər verir ki, "Qarabağ" - "Qəbələ" matçı İnqilab Məmmədova, "Zirə" - "Sumqayıt" oyunu isə FIFA referisi Əliyar Ağayevə tapşırılıb.
1 may (çərşənbə)
17:00. “Qarabağ” – “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rəşad Əhmədov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Ələddin Ələkbərov
Tofiq Bəhramov adına Respublika Stadionu
20:00. “Zirə” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Zirə İdman Kompleksinin stadionu
Qeyd edək ki, hər iki oyun CBC Sport kanalı vasitəsi ilə canlı yayımlanacaq.