Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyunu Azərbaycan üçün xarici ölkələrin vətəndaşlarının böyük maraq göstərməsi baxımından da əlamətdar olacaq.
Sportnet.az xəbər verir ki, finala yüksələcək komandalar üçün nəzərdə tutulmuş 12 min + 4 min (hər bir finalçı üçün 6 min bilet nəzərdə tutulub, finala yüksələcək komandaların istəyinə uyğun olaraq hər biri üçün daha 2 min bilet əlavə oluna bilər) biletdən əlavə, UEFA tərəfindən onlayn satışa çıxarılmış 21 min 500 ədəd bilet məhz 100-dən artıq müxtəlif xarici ölkənin vətəndaşları tərəfindən alınıb.
Bundan başqa, UEFA-nın tərəfdaşları, sponsorları üçün də ayrılmış 3 mindən çox bilet Azərbayan vətəndaşı olmayan şəxslər tərəfindən əldə olunub.
Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-da olacaq.