Futbol üzrə Türkiyə Kubokunun final matçının vaxtı dəyişdirilib.
Sportnet.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası həlledici görüşü mayın 16-dan 15-nə keçirib. Yayım proqramında edilən dəyişikliklər final oyunun vaxtına təsir edib.
Qeyd edək ki, Türkiyə Kubokunun finalında "Qalatasaray" və "Akhisarspor" komandaları üz-üzə gələcək. Görüş Sivas şəhərində təşkil olunacaq. Matç Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.