
"Qarabağ" üçün hazır olacağıq".
Sportnet.az xəbər verir ki, bunu "Səbail"in futbolçusu Emil Martinov Premyer Liqanın XXVII turunda səfərdə qarşılaşacaqları "Qarabağ"la matç barədə danışarkən deyib.
O, komandanın əsas qapıçısı Aleksandr Rıbkanın zədələnməsinin komanda üçün böyük itki olduğunu vurğulayıb. Martinov digər qapıçı Elxan Əhmədova inandıqlarını sözlərinə əlavə edib. "O, bacarıqlı, təmkinli və özünə inamlıdır".
Qeyd edək ki, "Qarabağ" - "Səbail" matçı mayın 5-də saat 18:00-da başlayacaq.