Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov Almaniyanın II Bundesliqasında çıxış edən "Aue"nin heyətində növbəti qolunu vurub.
Sportnet.az-ın məlumatına görə, 29 yaşlı hücumçu "Regensburq"la səfər matçında fərqlənib. Meydana 60-cı dəqiqədə daxil olan Nazarov cəmi 1 dəqiqə sonra penaltini dəqiq yerinə yetirib. 79-cu dəqiqədə isə o, sarı vərəqə alıb.
Yekunda 3:1 hesablı qələbə qazanan "Aue" 32 oyundan 39 xalla 12-ci pillədə qərarlaşıb.