
"Neftçi"nin futbolçusu Kiril Petrovun agenti Aleksandr Pankov müdafiəçi ilə bağlı maraqlı açıqlama verib.
Sportnet.az "Ukrainefootball.net" saytına istinadən xəbər verir ki, o, 29 yaşlı müdafiəçinin ölkə xaricində çıxış etməsi barədə danışıb: "Petrovun Qazaxıstan və Azərbaycanda oynamaq üçün səbəbləri var idi. O, itirilmiş istedaddır" - deyə menecer bildirib.
Pankov deyib ki, Petrovun Ukrayna "Dinamo"sunda ən yüksək səviyyədə oynayacağı gözlənilirdi: "O, çox istedadlı futbolçudur. Petrovun gedib pul qazanması üçün bir səbəb var idi. Futbol dünyası mənim nə haqqında danışdığımı bilir. Bunu deməyəcəyəm. Bu gün "Neftçi"də çıxış edir, hər onu çox istəyir və zövq alırlar".
Qeyd edək ki, Kiril Petrov 2017-ci ilin yanvarından "Neftçi"də çıxış edir.