
İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu özünün yeni avtomobilini nümayiş etdirib.
Sportnet.az-ın məlumatına görə, portuqaliyalı hücumçunun sürdüyü "McLaren Senna"nın qiyməti 800 min avrodan çoxdur. "McLaren"in bu modeli mərhum "Formula 1" pilotu Ayrton Sennanın adını daşıyır.
Ronaldu mayın 23-də "Formula 1" üzrə Monako Qran-prisinə baş çəkərək, "Mercedes" pilotu Lüis Hemiltonla görüşüb. 34 yaşlı futbolçu bu mövsüm "Yuventus"un heyətində 43 oyuna 28 qol və 13 məhsuldar ötürmə müəllifi olub. O, ötən yay İspaniya "Real Madrid"indən 117 milyon avroya alınıb.