
Portuqaliyanın "Portu" klubunun futbolçusu Auqusto Felipe İspaniya "Atletiko"suna transfer olunub.
Sportnet.az-ın məlumatına görə, 30 yaşlı müdafiəçi üçün "əjdahalar"a 20 milyon avro ödəniləcək. Braziliyalı oyunçu yeni komandasına iyulun əvvəlində qoşulacaq.
Felipe "Portu"da son 3 ildə çıxış edib. Karyerasına vətəni Braziliyada başlayan futbolçu 2012 - 2016-cı illərdə "Korintians"da çıxış etdikdən sonra "Portu"ya keçib. O, ötən mövsüm 31 oyuna 1 qol vurub, komandası isə gümüş medal qazanıb.
Qeyd edək ki, daha əvvəl "Portu"dan "Atletiko"ya Auqusto Felipe ilə birgə müdafiəçi Aleks Telles və yarımmüdafiəçi Ektor Erreranın da keçəcəyinə dair xəbərlər yayılıb.