
Almaniyanın "Borussiya" (Dortmund) klubunun hücumçusu Marko Röys Bundesliqada 2018/2019 mövsümünün ən yaxşı oyunçusu sayılıb.
Sportnet.az-ın məlumatına görə, 30 yaşlı forvard futbolçular arasındakı səsvermədə 31,4 faiz səs yığıb. O, artıq 3-cü dəfə Almaniya çempionatının ən qiymətli oyunçusu adına layiq görülüb. Əvvəllər almaniyalı futbolçu oyunçuların səsverməsində 2012 və 2014-cü illərdə qalib olub.
Azərbaycanda isə futbolçular arasında İdman Araşdırmalar Mərkəzinin keçirdiyi sorğuda "Neftçi"nin yarımmüdafiəçisi Emin Mahmudov fərqlənib.
Qeyd edək ki, Marko Röys "Borussiya"da 2012-ci ildən çıxış edir. O, ötən mövsüm Bundesliqada 27 oyunda 17 qol və 10 məhsuldar ötürmə müəllifi olub. Təcrübəli forvard 1 dəfə (2016/2017) Almaniya Kubokunu, 2 dəfə (2013, 2014) ölkə Super Kubokunu qazanıb. Bundan başqa Röys 2011-ci ildən Almaniya millisində çıxış edir.